• Qərb
  • 14 May 23:21
  •  1 075

BMT-nin baş katibi İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna münaqişəsinin nizamlanması üzrə Moskva və Kiyev arasında aparılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlmək niyyətində deyil.

Bu barədə mətbuat katibinin müavini Fərhan Haq bildirib.

"Baş katib olmayacaq", - o, brifinqdə deyib. "O, Berlindədir və Berlindən Bağdada gedəcək."

Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı 2022-ci ildə kəsilən ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyə dəvət edib. O, dialoqa mayın 15-də İstanbulda başlamağı təklif edib.

Amerika lideri Donald Tramp Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırdıqdan sonra Volodimir Zelenski mayın 15-də İstanbulda olacağına söz verib.

Mövsüm

Aznews.az