• Qərb
  • 15 May 13:19
  •  1 346

Aİ Rusiyaya qarşı sanksiyaların 18-ci paketini hazırlamağa başlayacaq

Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, Rusiyaya qarşı on yeddinci sanksiyalar paketini yenicə qəbul etmiş Avropa İttifaqı dərhal başqa bir məhdudiyyət paketi üzərində işləməyə başlayacaq.

"İnanıram ki, qəbul etdiyimiz on yeddinci paket [sanksiyalar] düzgün qərar idi və indi biz dərhal yeni paket hazırlamağa başlayacağıq", - nazir NATO ölkələrinin xarici işlər nazirlərinin Türkiyədə keçirilən qeyri-rəsmi görüşünə gələrkən deyib.

Valtonen qeyd edib ki, Avropa İttifaqı Moskvaya təzyiq göstərməyə davam etməlidir və əlavə edib ki, Rusiya təkcə Ukrayna münaqişəsinə son qoymamalı, həm də bu təzyiqin dayandırılması üçün “beynəlxalq qanunlara riayət etməlidir”.

Mövsüm

Aznews.az