• Qərb
  • 27 May 21:46
  •  1 979

Kelloq: Rusiya-Ukrayna müharibəsində 1,2 milyondan çox insan həlak olub

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Rusiya-Ukrayna müharibəsində həlak olanların ümumi sayı 1,2 milyonu ötüb.

Aznews.az xəbər verir ki, Kelloq bu barədə "Fox News" telekanalının efirində deyib.

“Bu münaqişəyə mümkün qədər tez son qoymaq lazımdır. Prezident Tramp bu istiqamətdə işləyir. Döyüş əməliyyatları dövründə ümumi itkilərin sayı artıq 1,2 milyon nəfəri keçib”, – deyə Kelloq vurğulayıb.

Onun sözlərinə görə, bu rəqəm İkinci Dünya Müharibəsi zamanı həlak olan amerikalı hərbçilərin sayından çoxdur.