- Qərb
- 27 May 20:34
- 1 475
Tramp: Putin dəli olub

ABŞ prezidenti özünün "Truth sosial" platformasında paylaşım edib.
Trampın son açıqlamaları Rusiyanın 2022-ci ilin əvvəlində Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından sonra ən böyük pilotsuz təyyarə və raket hücumlarına başlamasından sonraya təsadüf edir.
Tramp "Truth Social" sosial media platformasında paylaşımda bildirib: "Vladimir Putinin dərk etmədiyi odur ki, mən olmasaydım, Rusiya üçün çoxdan pis şeylər baş verərdi, həqiqətən də pis şeylər. O, odla oynayır!"
Donald Tramp dünən Putin üçün indiyədək ən sərt sözlərini işlətməyə başlayıb. Tramp dünən tvitində "Putin tamamilə dəlidir" deyib.
"Rusiya prezidenti Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə dəli olub. O, səbəbsiz yerə çoxlu insanı öldürür və mən təkcə əsgərlərdən danışmıram. O, heç bir səbəb olmadan Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələr atır", - Tramp deyib.
Mövsüm
Aznews.az