- Türkiyə
- 10:11
- 2 062
Türkiyədə Aleyna Tilki də daxil olmaqla məşhur şəxslər saxlanılıb
Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılıb.
Aznews.az TRT “Haber”ə istinadən xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib.
Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.
Ümumilikdə, 10 şübhəli şəxs barəsində tutulma qərarı verilib. Onlardan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarılır.
Ökə xaricində olan sosial media fenomenləri Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də saxlanılma qərarı verilib.