• Qərb
  • 2 İyun 16:44
  •  1 507

Handelsblatt: Almaniya ordusunu 80 min nəfər artırmalıdır

Bundesver NATO-nun yeni müdafiə tələblərinə cavab vermək üçün şəxsi heyətini 80 min əsgər artırmalıdır.

Bu barədə "Handelsblatt" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Almaniyanın qabiliyyət hədəfləri 80 min nəfərlik əlavə kadr tələbi ilə nəticələnəcək. Məqsəd 15 il ərzində həyata keçirilməlidir", - nəşr yazır.

Bildirilir ki, hazırda Almaniya Bundesverin 203 min nəfərlik şəxsi heyəti ilə bağlı planını yerinə yetirə bilmir. 2025-ci ilin aprelində ordunun şəxsi heyəti 182 min nəfər olub.

Mövsüm

Aznews.az