- Qərb
- 3 İyun 16:25
- 1 491
AK büdcə kəsirinin artırılması ilə bağlı Aİ-nin 16 ölkəsindən sorğu alıb

Avropa İttifaqı (Aİ) ölkələrinin yarıdan çoxu Avropa Komissiyasından (AK) öz hərbi xərclərinin artması fonunda büdcə kəsirlərini 1,5% artırmaq üçün icazə istəyiblər.
Bu barədə AK sözçüsü Balazs Ujvari bildirib.
"16 (27-dən - red.) Aİ dövləti Aİ büdcə normalarından milli istisnalar haqqında müddəanın aktivləşdirilməsini tələb edib", - deyə Ujvari qeyd edib.
Aİ büdcə normalarına milli istisnalar haqqında tənzimləmə Avropa sənayesinin hərbiləşdirilməsi üzrə AK planının bir hissəsi kimi 2030-cu ilə qədər silah və hərbi texnika istehsalına əlavə investisiyaların cəlb edilməsi məqsədilə Aİ ölkələrinin büdcə kəsirinin yol verilən maksimum səviyyəsinin ÜDM-in 3%-dən 4,5%-ə qədər artırılması imkanını nəzərdə tutur.
Mövsüm
Aznews.az