- Qərb
- 3 İyun 18:33
- 2 161
Hollandiya hökuməti istefa verdi

Hollandiya hökuməti ifrat sağçı Azadlıq Partiyasının (PVV) hakim koalisiyadan çıxmasından sonra istefaya gedir.
Bu barədə baş nazir Dik Şof Nazirlər Şurasının iclasından sonra elan edib.
O qeyd edib ki, PVV-nin getməsi ilə parlamentin aşağı palatasının hökumətə kifayət qədər dəstəyi yoxdur. Baş nazir əlavə edib ki, PVV nazirlərinin istefasını istəmək üçün Kral Villem-Aleksandrın yanına getmək niyyətindədir.
Nazirlər Kabinetinin X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yayımlanan iclasda Şof əlavə edib : "Hökumətin qalan hissəsi müvəqqəti olaraq xidmətini davam etdirəcək".
Mövsüm
Aznews.az