• Qərb
  • 5 İyun 21:16
  •  2 030

ABŞ Hərbi Hava Qüvvələri gəmi əleyhinə yeni Quicksink bombasını sınaqdan keçirib

Amerikanın strateji gizli bombardmançısı B-2 Spirit böyük döyüş gəmilərini məhv etmək üçün nəzərdə tutulmuş Quicksink adlı yeni hava bombasını sınaqdan keçirib.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinə istinadən "Newsweek" jurnalı məlumat yayıb.

“ABŞ-nin gizli bombardmançı təyyarəsi bu yaxınlarda hərbi gəmiləri batırmaq üçün nəzərdə tutulmuş “inqilabçı” silahı sınaqdan keçirib, çünki Çin Sakit okeanda ABŞ-yə meydan oxumaq üçün öz dəniz qüvvələrini sürətlə artırır”, - nəşr yazır.

Sınaqların hava bombasının 500 funt (226 kq) ağırlığında versiyası üzərində aparıldığı dəqiqləşdirilir; əvvəllər sursatın 2 min funt sterlinq (907 kq) ağırlığında versiyasından istifadə edilib.

Mövsüm

Aznews.az