- Qərb
- 10 İyun 15:27
- 954
AK "Şimal axını" infrastrukturuna sanksiya qoymağı planlaşdırır

Avropa Komissiyası bu gün Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təqdim edəcək, o, “Şimal axını” və “Şimal axını 2” qaz kəməri infrastrukturundan istifadənin qadağan edilməsi təklifini özündə əks etdirəcək .
"Financial Times" bu barədə məlumat yayıb.
Qəzetin məlumatına görə, paketə Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsi də daxildir.
Nəşrin yazdığına görə, AK növbəti sanksiyalar paketinə Belçika üçün bəzi “təhlükəsizlik tədbirləri” də əlavə edəcək və bu, ölkəni Moskvanın hüquqi iddialarından qoruyacaq. Qəzet xatırladır ki, artıq mövcud məhdudlaşdırıcı tədbirlər çərçivəsində Belçika hakimiyyəti Rusiya Bankının təxminən 190 milyard avro məbləğində aktivlərini dondurub.
Mövsüm
Aznews.az