• Qərb
  • 10 İyun 15:41
  •  1 548

Avstriyada məktəbə hücum: Ən azı 9 nəfər ölüb

Avstriyanın Qraz şəhərində orta məktəbə atışma nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Polis sözçüsü Fritz Qrundniq Qrazdakı "Dreierschützengasse" məktəbinə atəş açıldığını və bir neçə nəfərin yaralandığını açıqlayıb.

Qraz şəhərinin meri Elke Kahr şəhərdəki orta məktəbə hücumda hücumçu da daxil olmaqla 9 nəfərin öldürüldüyünü açıqlayıb.

Kahr, ölənlərin 7 tələbə, 1 böyük və təcavüzkar olduğunu bildirib.

Hücuma görə baş nazir Kristian Stoker bütün iş qrafikini ləğv edib, daxili işlər naziri Gerhard Karner isə hücumun baş verdiyi Qraza gedib.

Ölkə mətbuatında yer alan xəbərə görə, ölkə tarixində bu böyüklükdə ilk hücumda 8 nəfəri öldürən təcavüzkar məktəbin tualetində intihar edib. Hücum edən şəxsin məktəbdə şagird olduğu və mobbingə məruz qaldığı iddia edilib.

Mövsüm

Aznews.az