• Qərb
  • 10 İyun 16:47
  •  1 188

Böyük Britaniyanın 96 deputatı İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

İcmalar Palatasının və Lordlar Palatasının 96 deputatı Böyük Britaniyanın baş naziri Keir Starmerə göndərdiyi məktubda İsrailə qarşı sanksiyalar tələb edib.

"Biz Böyük Britaniyanı İsrailin beynəlxalq hüququ sistematik şəkildə pozmasına cavab verməyə çağırırıq", - məktubda deyilir.

Məktubda Fələstin torpaqlarını qəsb edən israillilərə qarşı sanksiyaların zəruriliyi vurğulanıb və bu günə qədər verilən sanksiya qərarlarının kafi olmadığı qeyd edilib.

Məktubda, həmçinin bu zorakı şəxslər Fələstinlilərin evlərini yandırarkən İsrail təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsinə diqqət çəkərək, "İşğalçı bir güc olaraq İsrail fələstinliləri qorumaq vəzifəsi daşıyır, lakin bu cür hücumların qarşısını almaq və cəzalandırmaqda acizdir" ifadəsi işlədilib.

Mövsüm

Aznews.az