- Qərb
- 10 İyun 19:04
- 1 327
İngiltərə İsrailli nazirlərin mal varlıqlarına həbs!

Böyük Britaniya və tərəfdaş ölkələr Qəzzadakı müharibəyə görə iki İsrail naziri İtamar Ben-Qvir və Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır .
İngiltərənin “The Times” qəzetində çıxan xəbərə görə Böyük Britaniya iki israilli nazirin İngiltərədəki aktivlərini donduracaq və onlara səyahət qadağası tətbiq edəcək.
London sanksiyaların tətbiqində Kanada, Avstraliya, Yeni Zelandiya və başqalarına qoşulacaq.
Digər Avropa ölkələri kimi Britaniya da Benyamin Netanyahu hökumətinə aclıqla üzləşən Qəzzaya yardım blokadasına son qoymaq üçün təzyiqi artırır.
Mövsüm
Aznews.az