• Qərb
  • 11 İyun 20:18
  •  1 267

Kosovo ABŞ-dən deportasiya edilən əcnəbiləri qəbul etməyə hazırdır

Kosovo hökuməti təsdiqləyib ki, o, üçüncü ölkə vətəndaşlarının öz ölkəsinə “bəyan edilmiş şərtlərə uyğun olaraq” qəbulu və müvəqqəti köçürülməsi məsələlərində ABŞ ilə əməkdaşlığa hazırdır.

Bu barədə CNA portalı məlumat yayıb .

Səlahiyyətlilərin qərarına əsasən, bir il ərzində 50-yə qədər insan “onların öz mənşə ölkələrinə təhlükəsiz qayıtmasını asanlaşdırmaq üçün” müvəqqəti məskunlaşdırıla bilər.

"Hökumət qanunun aliliyi və ictimai asayişlə bağlı müəyyən meyarlara cavab verməsi şərti ilə təklif olunan siyahıdan şəxsləri seçmək imkanı ilə bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib", - Nazirlər Kabinetinin sözçüsü Perparim Kryesu bildirib.

Mövsüm

Aznews.az