Rubio: Yeni sanksiyalara görə Moskva ilə dialoqu itirə bilərik

ABŞ yeni anti-Rusiya sanksiyaları tətbiq etsə, Vaşinqton Moskva ilə dialoq aparmaq imkanını itirəcək.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Politico nəşrinə müsahibəsində bildirib .

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Avropanın Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı tələblərini rədd edəcək, çünki o, sülh sazişi üzrə danışıqlar apara bilmək istəyir.

“Əgər biz buradakı hər kəsin bizdən istədiyini etsəydik və yeni sanksiyalar tətbiq etsəydik, çox güman ki, onlarla atəşkəs haqqında danışmaq imkanımızı itirərdik”, - Rubio bildirib.

Mövsüm

Aznews.az