- Mahal
- 25 İyun 20:20
- 1 273
Tovuzda dönərdən zəhərlənənlərin sayı 20-yə çatıb

25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Aznews.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
"Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir", - qurumdan qeyd olunub.
Tovuzda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-da məlumat verilib.
Qeyd edilir ki, hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
AzNews.az