- Qərb
- 16:41
- 1 921
Tramp Putini Moskvanı bombalamaqla hədələyib

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, seçkiqabağı vədi tərəflər arasında sülhün bərqərar olmasını ehtiva edən ABŞ prezidenti Donald Tramp hələ də bu məsələdə irəliləyişə nail ola bilməyib.
Putinlə son görüşündən razı qalmadığını deyən Tramp Ukraynaya silah dəstəyinin artırılacağını açıqlayıb.
Amerika media təşkilatı CNN Trampın 2024-cü il seçki kampaniyası çərçivəsində Nyu-York və Florida ştatlarında keçirilən pul toplama tədbirlərində etdiyi qapalı çıxışları əldə edib.
Söhbətlərdə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkindirmək üçün Moskvanı bombalayacağı ilə hədələdiyi iddia edilib.
Səs yazılarında Trampın Putinə “Ukraynaya girsən, Moskvanı yerlə bir edəcəyəm ” dediyi eşidilir.
“Başqa seçimim yoxdur” dedim. O da mənə inanmadığını söylədi, amma mənə təxminən 10 faiz inandığını düşünürəm ”
Tayvanla bağlı Çin Dövlət Başçısı Si Cinpinə də oxşar xəbərdarlıq etdiyini açıqlayan Tramp , “Mən ona “Tayvana hücum etsəniz, Pekini bombalayacağıq” dedim.
"O, məni dəli hesab edirdi. Amma heç bir problemimiz yox idi", - o deyib.
Mövsüm,
AzNews.az