- Qərb
- 12:45
- 908
Böyük Britaniya: Hörmüz boğazında yük gəmisinə hücum edilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində baş verən hücum enerji daşınması üçün strateji əhəmiyyətli su yolu olan Hörmüz boğazında baş verib. Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının açıqlamasına görə, yük gəmisi hələlik naməlum mərmi ilə hədəfə alınıb və nəticədə göyərtədə yanğın baş verib.
Hücumdan sonra gəminin heyəti təxliyə edilib və səlahiyyətlilər istintaqın davam etdiyini açıqlayıblar. UKMTO ərazidəki digər gəmilərə ehtiyatla üzmələri və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri barədə xəbərdarlıq etdi.
ABŞ və İsrailin İrana hücumlarından sonra Tehran rejimi Hörmüz boğazını nəzarətdə saxlamaqla cavab verir. Bölgədəki gərginlik strateji dəniz keçidlərində təhlükəsizlik risklərini artırır.
Mövsüm,
AzNews.az