- Qərb
- 11:51
- 843
ABŞ açıqladı: İrana hücumlarda 200 amerikalı əsgər yaralanıb
28 fevralda ABŞ və İsrailin hücumları ilə başlayan İranla müharibə davam edir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins İrana qarşı hərbi əməliyyatların başlamasından bəri yaralanan ABŞ əsgərlərinin sayı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.
Hokins bölgədəki münaqişələrdə indiyə qədər 200 Amerika əsgərinin yaralandığını bildirib və onlardan 10-nun vəziyyətinin ağır olduğunu əlavə edib.
Hokins xəsarətlərin əksəriyyətinin yüngül olduğunu və müalicəsini başa vuran 180-dən çox amerikalı əsgərin bölmələri ilə birlikdə xidmətə qayıtdığını bildirib.
Bundan əlavə, bu xəsarətlərin ABŞ qüvvələrinin yerləşdiyi Yaxın Şərqdəki 7 fərqli ölkədə baş verdiyi bildirilib.
Bu ölkələr Bəhreyn, İraq, İsrail, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi siyahıya alınıb.
Mövsüm,
AzNews.az