Tramp İrandan ad çəkdi və ona 1 həftə vaxt verdi

Prezident Donald Tramp ABŞ və İsrail hücumlarında həlak olanların yerini tutan yeni liderlərin "daha məntiqli davrandıqlarını" iddia edib və İranın ABŞ ilə əməkdaşlıq edib-etməyəcəyini bir həftə ərzində öyrənəcəklərini bildirib.

Tramp "New York Post" qəzetinə eksklüziv müsahibə verib.

ABŞ və İsrail hücumlarında yüksək vəzifəli şəxslərin öldürülməsi səbəbindən İranda "iqtidar dəyişikliyi"nin baş verdiyini iddia edən Tramp "Əvvəlki [adlar] yoxa çıxdığı üçün hakimiyyət dəyişikliyi baş verdi və indi tamamilə yeni qrup insanla qarşılaşırıq" deyib.

Tramp yeni təyin olunmuş şəxslərin "daha məntiqli davrandıqlarını" iddia edərək, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın ABŞ ilə əməkdaşlıq edib-etməyəcəyini "bir həftə ərzində" görəcəklərini bildirib.

İranın yeni lideri Müctəba Xameneinin sağ və ya ölü olub-olmadığı soruşulduqda, Tramp "Ondan heç kim xəbər almayıb. O, çox ağır yaralanıb. Yəqin ki, sağdır, amma biz onun son dərəcə pis vəziyyətdə olduğunu düşünürük" deyə cavab verib.

Trampın açıqlamasından sonra İran İslam Şurası Məclisinin rəhbəri Məhəmməd Baqer Qalibaf da açıqlama verib.

Qalibaf ABŞ və İsrailin bir tərəfdən onları təhdid edərkən, digər tərəfdən isə öz istəklərini xəbər kimi təqdim etdiklərini bildirib və əlavə edib: "Bu, böyük bir səhvdir. Əgər bir zərbə vursalar, qarşılığında bir neçə zərbə alacaqlar".

Qalibaf bildirib ki, İran xalqı Ali Rəhbər Müctəba Xameneinin rəhbərliyi altında düşmənlərini təcavüzlərindən peşman edəcək və ölkələrinin hüquqlarını bərpa edəcək.

AzNews.az