Rubio ABŞ-nin Hörmüz boğazını açıq saxlayacağını bildirib

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Hörmüz boğazının açıq qalmasını təmin edəcək və bəzi müttəfiqlərin hava məkanı və bazalara çıxışı məhdudlaşdırmasından sonra NATO-nun yenidən nəzərdən keçirilməsinin lazım ola biləcəyini vurğulayıb.

Rubio “Al Jazeera” kanalına müsahibəsində deyib:

“Hörmüz boğazı açıq olacaq. Bu əməliyyat başa çatdıqdan sonra da açıq qalacaq və bu, bir şəkildə mütləq təmin ediləcək.”

O əlavə edib:

“Bu, ya İranın beynəlxalq hüquqa əməl etməsi ilə olacaq… ya da ölkələrdən ibarət bir koalisiya bunun açıq qalmasını təmin edəcək. Hər iki halda, boğaz açıq qalacaq.”

ABŞ-nin məqsədləri

Rubio bildirib ki, ABŞ-nin əsas hədəfləri İranın hərbi imkanlarını zəiflətməkdir. Bu, xüsusilə hava qüvvələri, donanma və raket sistemlərini əhatə edir.

Eyni zamanda İranın pilotsuz uçuş aparatları və digər silahların istehsal imkanlarının azaldılması da məqsədlər sırasındadır.

NATO müttəfiqlərinə tənqid

Rubio bəzi NATO ölkələrini ABŞ əməliyyatlarına məhdudiyyət qoyduqlarına görə tənqid edib:

“İspaniya kimi ölkələr var ki, bizə hava məkanından istifadə etməyə icazə vermir və bununla fəxr edir.”

O əlavə edib:

“Əgər NATO yalnız Avropanı bizim müdafiə etməyimiz üçündür, amma ehtiyac olanda onlar bizə bazalardan istifadə imkanı vermirlərsə, bu, yaxşı razılaşma deyil.”

Rubio bildirib ki, bu səbəbdən alyans “yenidən nəzərdən keçirilməlidir.”

Mövsüm,

AzNews.az