- Qərb
- 18:01
- 940
Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro köçürəcək
Avropa İttifaqı (AB) dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan əldə edilən 1,4 milyard avronu Ukraynaya köçürəcək.
Müvafiq bəyanat Avropa Komissiyasının saytında dərc edilib.
Alınan məbləğ 2025-ci ilin avqust ayından bəri dördüncü belə tranşdır. Bu, ötən ilin ikinci yarısında toplanan gəlirləri əhatə edir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, bu vəsait Ukraynanı dəstəkləmək üçün istifadə olunacaq.
Ursula fon der Leyen bildirib ki, "Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerə - Ukrayna dövlətini dəstəkləməyə və həyati əhəmiyyətli ictimai xidmətləri qorumağa yönəldiləcək".
Mövsüm,
AzNews.az