- Qərb
- 09:32
- 936
Tramp: Mən dayananda İsrail də dayanacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibəni dayandırmaq qərarı verərsə, İsrail də bu qərara əməl edəcək.
“Time” jurnalına müsahibəsində o qeyd edib ki, İsrail ABŞ-nin mövqeyinə uyğun hərəkət edir: “Onlara nə desəm, onu edəcəklər. İndiyə qədər yaxşı komanda oyunçusu oldular. Mən dayansam, onlar da dayanacaq. Təxribat olmazsa, dayanacaqlar, amma təxribat olarsa, başqa seçimləri qalmayacaq.”
Tramp həmçinin iddia edib ki, İran münaqişəni başa çatdırmaq üçün razılaşmaya meyllidir: “Niyə bizimlə əlaqə saxlamasınlar ki? Dünən gecə onların üç böyük körpüsünü havaya uçurduq.”
O, İranla danışıqlar aparıldığını bir daha vurğulayaraq bu prosesi “olduqca asan danışıqlar” kimi qiymətləndirib.
Bununla yanaşı, Tramp İranın mövqeyinə də toxunaraq bildirib ki, ölkə ciddi müqavimət göstərir: “Onlar çox dözümlüdürlər, böyük çətinliklərə tab gətirə bilirlər. Buna görə onlara hörmət edirəm. Düşünürəm ki, müharibədən daha çox danışıqlarda güclüdürlər.”
Mövsüm,
AzNews.az