- Qərb
- 16:12
- 858
ABŞ İran diplomatlarını ölkədən qovdu
ABŞ ötən il milli təhlükəsizlik narahatlıqları səbəbilə İranın BMT-dəki səfir müavinini ölkədən çıxarıb.
Bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, Dövlət Departamenti diplomat Səadət Ağacaniyə dekabr ayında, həssas hallarda tətbiq olunan daxili prosedur çərçivəsində ölkəni tərk etməyi tapşırıb.
Hesabatda həmçinin qeyd olunur ki, son aylarda Nyu-Yorkda fəaliyyət göstərən ən azı iki digər İran diplomatı da ABŞ-dən çıxarılıb.
Dövlət Departamenti İran nümayəndələri ilə bağlı tədbir görüldüyünü təsdiqləsə də, detalları açıqlamayıb. İranın BMT-dəki missiyası isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Mövsüm,
AzNews.az