- Qərb
- 20:55
- 1 015
ABŞ İran ərazisində pilotların birini xilas edib
ABŞ İran səmalarından vurulan döyüş təyyarəsinin katapult edən iki pilotundan biri xilas edilib.
AzNews.az xəbər verir ki, bu barədə CBS News-a danışan adları açıqlanmayan ABŞ mənbələri məlumat verib.
Qaynaqlar katapult edən digər pilot üçün ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirdilər.
İran İnqilab Keşikçiləri Korpusu səhər tezdən İranın mərkəzində hava hücumundan müdafiə sistemlərindən istifadə edərək bir qırıcı təyyarəni vurduğunu və pilotların katapult edərək ölkə daxilində geri eniş etdiyini açıqlamışdı.
İranın yerli xəbər mənbələri ABŞ-ın "Black Hawk" helikopteri və C-130 hərbi yük təyyarəsi ilə pilotu axtarmağa çalışdığını, lakin səylərinin uğursuz olduğunu bildirirdi.
AzNews.az