Macarıstan 2030-cu ilədək avrozonaya qoşulmağı hədəfləyir

Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, yeni hökumət ölkənin 2030-cu ilə qədər avrozonaya qoşulması üçün zəruri şərtləri yerinə yetirməyi qarşısına məqsəd qoyub.

Budapeştdə Kiriakos Pierrakakis ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Madyar qeyd edib ki, bu məqsədə nail olmaq asan olmayacaq.

“Hökumətin məqsədi Macarıstanın təxminən 2030-cu ilə qədər avrozonaya daxil olması üçün bütün tələbləri yerinə yetirməsini təmin etməkdir. Bu, sadə məsələ deyil, çünki hazırda ölkə bu meyarların heç birinə cavab vermir”, – deyə o bildirib.

Baş nazir vurğulayıb ki, Macarıstan 22 il əvvəl Avropa İttifaqına üzv olarkən vahid Avropa valyutasına keçidə indikindən daha yaxın idi.

Onun sözlərinə görə, ölkə əhalisinin təxminən 75 faizi avrozonaya qoşulmanı dəstəkləyir.

Madyar əlavə edib ki, hökumət ilk səlahiyyət müddəti ərzində vahid Avropa valyutasının tətbiqi ilə bağlı seçki vədindən imtina etməyəcək.

Mövsüm,

AzNews.az