Əli Kərimli, mən sənin ən “kristal” cəbhəçilərinin məntəqə seçki komissiyalarında 2 şirvana, 200 qram arağa satıldıqlarını öz gözlərimlə görmüşəm Əli Kərimli, mən sənin ən “kristal” cəbhəçilərinin məntəqə seçki komissiyalarında 2 şirvana, 200 qram arağa satıldıqlarını öz gözlərimlə görmüşəm
  • Yazarlar
  • 16 Sentyabr 2019 17:18
  •  3 612

Müxalifətin “bulimiya” xəstəliyi, yaxud “kristal” cəbhəçilər

Əli Kərimli, mən sənin ən “kristal” cəbhəçilərinin məntəqə seçki komissiyalarında 2 şirvana, 200 qram arağa satıldıqlarını öz gözlərimlə görmüşəm

Bulimiya xəstəliyi haqqında ilk dəfə Yanuş Vişnevskinin “Şəbəkədə tənha” romanını tərcümə edərkən oxumuşam: “Səksəninci illərin ortalarında Polşadan Amerikaya gələn hər kəs üçün “bulimiya” sözü ekzotik bir çiçəyin adı kimi assosiasiya olunurdu, odur ki, CIM bunun mənasını uzun-uzadı izah etməli oldu. Hər bol süfrədən sonra KIM yediklərindən xilas olmaq üçün eşiyə çıxırdı. O, ayaqyoluna gedir, oradakı vəziyyətlə tanış olur, hər şeyin təmiz və səliqəli olduğunu görəndən sonra yediklərini qaytarırdı. KIM bunu ancaq son dərəcə təmiz və estetik tualetlərdə edə bilirdi. O bunu şərablı və şamlı bol yeməklərdən sonra xüsusi ləzzətlə edirdi. Əgər tualet onun tələblərinə uyğun olmurdusa, ya taksi tutur, ya da maşınına minib evinə – Çarlz-Avenyudakı dəbdəbəli villasına gedir, vanna otağında işini gördükdən sonra yenidən CIMin yanına qayıdırdı.

CIMin dediyinə görə, KIM üçün bu son dərəcə erotik həzz qaynağı idi. O öyüyəndə seksual həzz alır, buna ağlamaqla reaksiya verir, özünü çox xoşbəxt hiss etdiyindən stolun başına süzgün və kosmetikası yayılmış halda qayıdırdı. Sonradan CIMƏ sarmaşmağı isə sevgi aktından sonra məşuquna sıxılan təbii qadın reaksiyası idi. CIM bunu bilir və onunla nəvazişlə davranırdı, halbuki başqa vaxtlar bunu etmirdi. Belə hallarda, “bundan dərhal sonra” CIM onunçün dünyanın ən zərif kişisiydi...”

Ciddi xəbərdarlıqlar etməyimə baxmayaraq, müxalifbaşlar söyüş, təhqir bulimiyasından heç cür əl çəkə bilmirlər. Yazdıqlarımı quş beyinlərinə qəbul edən kimi dərhal və avtomatik olaraq söyüşə çevririr və geri ifraz edirlər, yəni qusurlar. Necə ki, bulimiya xəstələri nəfis yeməkləri yedikdən sonra dərhal qusmaq tələbatı hiss edir, qusduqdan sonra erotik həzz alır və sonra gəlib sevgililərinə sarmaşırlar, bunlar da ağıllı, məntiqli sözləri oxuyan, eşidən kimi, onu feysbuka, təmiz, səliqəli, tərbiyəli bir profilə qusur, bununla öz liderlərinə sevgi və sədaqətlərini ifadə edirlər.

Deməli, cinayət hadisəsi baş verib, adam güllələnib. İstintaqın ilkin versiyası qalıb bir kənarda, bunlar dərhal haradansa bir video tapıb paylaşır və deyirlər ki, mərhum buna görə güllələnib. Sən də buna inanmayanda olursan pis adam və söyülür, təhqir olunursan.

Kişilər, hər bir adamın hər bir məsələ, hadisə haqqında fikir yürütmək, rəy bildirmək haqqı var. Demirsiniz ki, o adamı “Yutub”dakı çıxışına görə öldürüblər, mən də həmin çıxışa qulaq asır və deyirəm ki, bu inandırıcı deyil. Ondan daha sərt, radikal çıxış edənlərin hamısı həyatdadır. Allah rəhmət eləsin, yaxınlarının başı sağ olsun, səbəb hər nə olursa-olsun onu güllələyənə haqq qazandırmıram, hesab edirəm ki, layiqli cəzasını almalıdır və alacaq da...

Amma mən sizin versiyanızdan çox, ilkin istintaqın verdiyi məlumata inanıram. İmkanım olsaydı, lap gedib yerindəcə də araşdırar, camaatla söhbət edər, daha dəqiq qiymət verərdim. Çünki belə şeyləri, müxalifətin stəkanda fırtına qopardığını, məişət hadisələrini, sırf kriminal xarakterli işləri siyasiləşdirdiyini çox görmüşəm. Amma bu imkan məndə yoxdur, odur ki, istədiyim mənbəyə inanmaq da mənim hüququmdur. Siz də öz bildiyinizə inanın. Məgər mən buna görə sizi söyür və ya söydürürəm?..

Qurban Məmmədov canlı yayımdan xalqı qisasa, qatili öldürməyə çağırır, deyir ki, “mənim qarşıma çıxsa, öldürəcəyəm”. Əvvəla, öldürən oğlan qaçıb Londonda oturmur, ikincisi, bu nə təfəkkür, nə düşüncədir? Sən sabah dövləti də bu cür idarə edəcəksən? İnsanlarda dövlətə, hüquq-mühafizə orqanlarına qarşı inamsızlıq aşılamaqla, şəxsi intiqama, qan davasına sövq edəcək, qızışdıracaqsan? Sən bunun məsuliyyətini dərk edirsənmi? Bunun hansı dəhşətli nəticələrə gətirib çıxara biləcəyini dərk edirsənmi? Sənə nə var, qaçıb oturmusan Londonda, Allah bilir hansı erməninin puluyla guruldayırsan. Amma biz buradayıq, günahsız insanlara, körpələrə, qadınlara görə narahatıq.

Söyüşçüləri qızışdıran, qısqırdan, “bulimiya” epidemiyası yayanlar da məhz Qurban Məmmədov, Tofiq Yaqublu, Əli Kərimli kimi Yutub, Feysbuk ulduzlarıdır. Aşağı səviyyəli, özünü ifadə etmək kompleksindən əziyyət çəkən, başıboş, kəmağıllar da məhz onların bu çıxışlarından, məsuliyyətsiz bəyanatlarından ilham alırlar.

Səhər oxudum ki, Rafail Becanov, Əli Kərimlini bir cümlə ilə tənqid edib. Deyib ki, onun ətrafında bir nəfər də köklü “cəbhəçi” qalmayıb və buna günahkar özüdür. Bəli, bundan sonra başlayıblar, nə başlayıblar. Adamın ünvanına qatı açılmamış söyüşlər yağdırıblar, bircə cümlə yeyib, bir vaqon zir-zibil qusublar. Əsl bulimiyadır, söyüş bulimiyası.

Əli Kərimli öz çıxışlarında “kristal cəbhəçilər” ifadəsi işlədir, “sizlər həbsxanalara gülər üzlə girib, gülümsəyə-gülümsəyə çıxırsınız” deyir. Bu sözlərlə onları qızışdırır, onların qoltuğuna verir, onları qaza gətirir, yeni “şücaətlərə”, “söyüş qəhrəmanı” olmağa, heykəl yazmağa, postament cızmağa, divar dalından söyüş söyməyə səsləyir.

Əli Kərimli, mən sənin ən “kristal” cəbhəçilərinin məntəqə seçki komissiyalarında 2 şirvana, 200 qram arağa satıldıqlarını öz gözlərimlə görmüşəm. Sənin ən “kristal” cəbhəçilərindən biri 2000-ci il parlament seçkiləri zamanı dairə seçki komissiyasında məhz sənin tapşırığınla digər DSK üzvləri ilə sazişə gedərək at kimi mənim üzümə durdu. Onun adı Ələmdar Mustafayevdir, DSK-da AXCP-nin nümayəndəsi idi. Mənə söz vermişdi ki, həyətdə gözləyim və imzalarım yoxlananda xəbər verəcək. Amma xəbər vermədi, mənə xeyli sonra dedilər ki, imzalarınız yoxlandı və qeydiyyatdan keçmədiniz. İndi mənə cavab ver görüm, “kristal” cəbhəçi Ələmdar o vaxt nə qədər almışdı və sənə ondan nə qədər göndərdi?

O vaxt AXCP Ali Məclisində səni dəstəkləməsi üçün “rüşvət” verib qeydə aldırdığın “islahatçı” Ali Məclis üzvü Şirinəli Əhmədovu da aldatdın. Onu deputat edəcəyinə söz vermişdin, sözünə əməl etmədin deyə, seçkidən dərhal sonra Qüdrət Həsənquliyev ilə birlikdə səni tərk etdii. Onun kimi düz 28 nəfərə söz vermişdin. İndi sölyə görək, Rafail Becanov haqlıdır, ya sənin “kristal” cəhbəçi “bulimiya” xəstələrin?..

Nadir Qocabəyli