Şəhidlərimizin ruhunu Silahlı Qüvvələrimiz yeni başarılarla şad edəcəkdir! Şəhidlərimizin ruhunu Silahlı Qüvvələrimiz yeni başarılarla şad edəcəkdir!
  • Yazarlar
  • 30 Noyabr 2021 21:10
  •  14 848

XIZI QƏZASI: ACIDIR AMMA GERÇƏKDİR...

Şəhidlərimizin ruhunu Silahlı Qüvvələrimiz yeni başarılarla şad edəcəkdir!

Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 helikopterinin qəzaya uğraması ağır itkimizdir. Həlak olan qardaşlarımızın yeri cənnət olsun.

Əlbəttə, bu ağır faciəyə münasibət də sanballı, ölçülü-biçili olmalı, hər hansı qeyri-ciddi münasibətə yol verilməməlidir.
"Millət millət olur xeyri- şəriylə" (B.Vahabzadə).
Bu cətin anlarda, məhz yetkili, bilgili qurumların, peşəkar hərbi ekspertlərin fikirləri önplanda olmalıdır. Əgə bu qəzada hər hansı bir qeyri-texniki ehtimal varsa, onu, bu sahədə ixtisaslaşmış qurumlardan, pesəkar mütəxəssislərdən, hal şahidlərindən daha yaxşı kim bilər? Ona görə də, məhz rəsmi qaynaqlı bilgilərə etibar etmək alternativlərin ən yaxşısıdır. Dərdimiz ağırdı, onu ləyaqətlə çəkməliyik.
Psevdoekspertlərin dediklərinin "mötəbərliyi"
onların özlərinə qalsın.
Helikopter qəzası ilə bağlı istintaqın nəticəsini gözləmədən ehtimallar əsasında qeyri-peşəkar fikir yürütməyin topluma nə xeyri ola bilər?
Helikopterin qəzaya uğraması faktı ətrafında dezinformasiyalar sonuc etibarı ilə Silahlı Qüvvələrimizin şanına, şöhrətinə yönəlik bir cəhd sayıla bilər.
Nəzərə almalıyıq ki, dünyanın hər yerində, böyük dövlətlərdə, qonşu ölkələrdə ən yaxın (və uzaq) tarixlərdə çoxsaylı belə bədbəxt hadisələr yaşanıb.
Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən təlimlərdə bas verən qəzaların sayı dünya miqyasında aşağı statiskalardan biri hesab olunur. Keşkə bir hərbçimizin belə burnu qanamasaydı... amma döyüşlər kimi döyüş hazırlıqları, təlimlər də heç də həmişə qəzasız, itkisiz keçmir...

Bir daha vurğulamaq istərdim ki, Silahlı Qüvvələrimiz ən çağdaş silah arsenalına malikdir və 44 günlük şanlı Vətən Müharibəsindəki tarixi Zəfərimiz bunu bir daha təsdiqlədi.
DSX daxil olmaqla, Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfərə imza atmışdır, Silahlı Qüvvələrimizin peşəkarlığı, maddi-texniki bazası və bu peşəkarlığın, maddi-texniki bazanın gücləndirilməsi üçün postmüharibə dövrundə də böyük miqyaslı büdcə vəsaitlərinin ayrılması bilinən hadisədir. Şəhidlərimizin ruhunu Silahlı Qüvvələrimiz yeni başarılarla şad edəcəkdir!

İstər döyüşlərdə, istərsə doyüs təlimlərində həlak olan hərbçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, ruhlarına əbədi şadlıq diləyirəm.

VƏTƏN SAĞ OLSUN!

Əkbər Qoşalı