Laçınla yanaşı digər yerlərdə də o cür "tarla"ların olması mümkündür Laçınla yanaşı digər yerlərdə də o cür "tarla"ların olması mümkündür

Sən demə mina "əkirlərmiş"

Laçınla yanaşı digər yerlərdə də o cür "tarla"ların olması mümkündür

Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında yaşayanların son zamanlar ən çox şikayət etdikləri məsələ onunla bağlıydı ki, su qıtlığı üzündən əvvəlki kimi əkib-biçə bilmirlər. Amma sən demə əkirlərmiş... torpaqlarımıza yenə mina basdırırlarmış. Belə "tarla"lardan biri də avqustun 3-də qanunsuz silahlı

birləşmələrdən təmizlənən Sarıbaba yüksəkliyi yaxınlığında tapılıb. Oradan çıxarılıb zərərsizləşdirilən 991 ədəd mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Belə görünür ki, ikinci Qarabağ savaşından sonra da haylar Azərbaycan torpaqlarına mina basdırmaqda davam edirlər və Laçınla yanaşı digər yerlərdə də o cür "tarla"ların olması mümkündür.

Bizim tez-tez işlətdiyimiz bir məsəl var: "Nə əkərsən, onu da biçərsən". Yəqin Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinə və oradakı separatçı ünsürlərə bu məsəlin niyə yarandığını xatırlatmaq lazım gələcək. Onlar Azərbaycan torpaqlarına əkdiklərini biçməli olacaqlar, ya da avqustun 3-dəki kimi özləri biçiləcəklər.

Maraqlıdır, bəs Rusiyanın Qarabağdakı hərbi kontingenti nə üçün sözügedən terrorçuluğun qarşısını almaq İstəməyib? Heç inandırıcı deyil ki, onlar hayların Ermənistandan Qarabağa mina daşıyıb basdırmalarından xəbərsiz olublar.

Rusiya hərbi kontingentinin rəhbərliyi mütləq bu suala cavab verməlidir. Və bu suala da cavab verməlidir ki, əgər məramları doğrudan da Qarabağda sülh yaratmaqdırsa, iki ilə yaxındır ordadırlar, hayların reinteqrasiyası, eləcə də azərbaycanlıların Xankəndinə, Xocalıya və müvəqqəti kontrolları altında olan digər yerlərə qayıdıb yaşamaları üçün nə ediblər, kiçicik də olsa bir hazırlıq görüblərmi?

Sahib Alıyev