Zəngəzur tarixinə qısa baxış

Səfəvilər dövlətinin daxilində 1747-ci ildə, Güney Qafqazdakı türk xanlıqlarından biri olan İrəvan xanlığı yaradılmışdır. İlk xan Mir Mehdi xan (1747-1752), sonuncu xan isə Hüseynqulu xan (1807-1827) olmuşlar. Ərazisi indiki Naxçıvanın Şərur və Sədərək rayonları, Türkiyənin İğdır eli və Bəyazit qalası da daxil olmaqla 7500 kv.km olmuşdur. Həmin Səfəvilər dövlətinin tərkibində 1848-ci ildə yaradılan Qarabağ xanlığına, indiki Sisyan, Gorus Qafan, Mehri, Qubadlı, Laçın və Zəngilan rayonlarından ibarət Zəngəzur mahalı da daxil idi. Azərbaycan dövlətçiliyinə və xalqına qənim kəsilən Rusiya imperiyası, 19-cu əsrin ilk illərindən başlayaraq, xanlıqlarımızın bir-birinə olan xəbis yanaşımından, birliyin və sədaqətin yoxluğundan məharətlə istifadə edərək onları işğal etməyə başladı. 1805-ci ildə Qarabağ xanlığını işğal etməklə Zəngəzuru, 1827-ci ildə İrəvan xanlığını işğal etməklə Qərbi Azərbaycanı, nəhayət 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsi ilə bütövlükdə Quzey Azərbaycanı Rusiya imperiyasının tərkibi kimi rəsmiləşdirdi.

1918-ci ildə şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda, ərazisi 147,6 min kv.km idi. 1920 -ci ildə yenə imperialist Rusiya, bu dəfə Sovetlər birliyi egidası altında Azərbaycanın 2 illik müstəqilliyini beşikdəcə boğdu. 1920-ci ilin dekabrında beynəlxalq hüquqda və siyasətdə analoqu olmayan rəzalət baş verir: RSFSR-lə Ermənistan arasında, Qərbi Zəngəzurun Ermanistanın nəzarətinə keçməsi barədə separat müqavilə imzalanır. Azərbaycandan soruşmadan!!! Onsuzda Rusiya imperiyası 1828-ci il Türkmənçay müqaviləsindən sonra, Paskeviçin himayədarlığı ilə Yaxın Şərqdən, Şərqi Anadoludan və İrandan minlərlə erməni ailələrini Qərbi Axərbaycana köçürərək, Turanın ortasında Rusiya üçün platsdarm rolu oynayacaq bir etnik erməni toplumu yaratmışdı. Zəngəzuru da Ermənistana peşkəş etməklə, Rusiya Türk dünyasının qara yolla əlaqəsini kəsmiş oldu. 44 günlük Vətən müharibəsində ölməz Şəhidlərimizin, qəhrəman qazilərimizin misilsiz şücaətləri və müzəffər Ali baş komandan İlham Əliyevin hərb tarixinə yazılan çevik taktiki sərkərdəlik bacarığı ilə nəinki torpaqlarımızın 27 illik erməni işğalına son qoyuldu, həmçinin bölgədə çağdaş bir transkommunikasiya düzəni yarandı. Türk qapısı adlanan Zəngəzur dəhlizinin yaradılması 10 noyabr 3 tərəfli Moskva razılaşmasının 9-cu bəndində təsbit olundu. Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizdə İran, Rusiya, Ermənistan və Gürcüstan üçün geniş iqtisadi, Azərbaycan və Türkiyə üçün isə əlavə olaraq mənəvi-siyasi önəm daşıyacaq. Şərq-qərb və şimal-cənub translayihələrinin gerçəkləşməsi bölgənim iqtisadi sıçrayışına təkan verəcəkdir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək dəmir və avtomibil yolları bağlantıları, ölkəmiz üçün ixracatı 710 milyon dollar artırmağa imkan verəcək. Azərbaycan həm də hər il Bakı-Naxçıvan aviareyslərinin subsiyalaşdırılmasına xərclənən 10 milyon dollara qənaət etmiş olacaq. Bundan əlavə, qazın dəhliz vasitəsi ilə birbaşa ötürülməsi, İran ərazisindən mübadilə sistemi ilə keçməsinə də son qoyacaq. Tehran ödəniş kimi Azərbaycan tranzitinin 15%-ni özünə saxlayır. Zəngəzur dəhlizi Ermənistana, Azərbaycan üzərindən Rusiya ilə dəmir yolu əlaqəsi verəcək ki, Rusiya da öz növbəsində Ermənistan vasitəsi ilə Türkiyə ilə birləşdiriləcək.
Zəngəzur dəhlizi Tehranı Azərbaycanın Culfası və Naxçıvanı vasitəsi ilə İrəvanla birləşdirəcək. Amma bunun sayəsində Ermənistan digər ölkələrə də çıxış əldə edəcəyi üçün, Tehran bu layihəyə qısqanclıqla yanaşır. Bölgəmizə böyük iştaha ilə göz tikən Fransa, İranla gizli danışıqlar aparır və İranı Zəngəzur dəhlizi formatını boykot etməyə tətikləyir. Dəhlizin açılması da 9-cu bəndində təsbit olunan 10 noyabr Moskva razılaşmasını imzayan 3 dövlətdən biri olan Rusiya, şərq-qərb və şimal-cənub trankommunikasiyalarının birləşməsi ilə böyük iqtisadi dividentlər qazanacağına baxmayaraq, yenə də özlərinin Qafqaza olan 220 illik imperialist təxəyyülləri ucbatından bu layihə hələ ki gerçəkləşmir. Hələki!

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi