• Yazarlar
  • 4 Sentyabr 2023 15:44
  •  10 302

Putin-Ərdoğan görüşündən nələr gözlənilir?

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfər edib. Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşəcək. Kritik zirvəyə Soçi ev sahibliyi edəcək Ərdoğanı xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və bəzi rəsmilər müşayiət edib.
Soçidə bir araya gələn iki lider görüşdən əvvəl mətbuata açıqlamalar verib. Putin Türkiyənin beynəlxalq atom gücü ölkələri klubuna qatıldığını diqqətə çatdıraraq bu istiqamətdə yeni əməkdaşlıq formatının ola biləcəyini vurğuladı. O, “Ukrayna böhranını müzakirə edəcəyik. Suriya ilə bağlı mühüm irəliləyişlər oldu. Türkiyənin bu mövzuda həssaslığı artdı. Biz də bunun fərqindəyik. Bütün bunları təfərrüatı ilə nəzərdən keçirəcəyik." dedi. Ərdoğan isə cavabında Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə indiki xarici ticarət həcmimizin 62 milyard dollar olduğunu, Akkuyu Atom Elektrik Stansiyasındakı yenilikləri, Sinop Elektrik Stansiyası və Trakyada bir qovşağın olması ilə bağlı yeni planları dilə gətirərək, ikili görüşün Afrika ölkələrinə də faydalı ola biləcəyi xatırlatdı.

Mətbuata verilən açıqlamalar və son proseslərdən belə qənaətə gəlmək olar ki, görüşdə bir neçə əsas məsələnin müzakirə olunacağı dəqiqdir. Masanın əsas mövzusu Qara Dəniz Taxıl Dəhlizi Sazişi olacaq. İki lider razılaşmanın bərpası üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparacaq. Ankara uzun müddətdir ki, Rusiyanı razılaşmaya qaytarmaq üçün çalışır. Lakin Moskva administrasiyasının gözləntiləri var. Rusiya taxıl dəhlizindən öz məhsullarını ixrac etmək və taxılı ehtiyacı olan ölkələrə göndərmək istəyir. Rusiya Afrika ölkələrinin taxıl ehtiyacını ödəmək üçün Qətərin maliyyə dəstəyi ilə 1 milyon ton rus taxılının Türkiyədə emal edilərək yoxsul Afrika ölkələrinə göndərilməsini təklif edir. Taxıl dəhlizinin yenidən işə salınması cəhdindən əvvəl bu əməkdaşlığın edilməsi təşəbbüsün dayandırılması kimi başa düşülə bilər. Rusiya taxıl dəhlizinin yenidən açılması üçün konkret addımların atılmasını istəyir. Ən vacib tələb Rusiya Aqrobankının Swift sisteminə qayıtmasıdır. Rusiya taxıl və gübrə daşıyan Rusiya gəmilərinin və ya üçüncü ölkə bayrağı olan gəmilərin sığortası, Taxıl və gübrə daşıyan Rusiya gəmilərinin Avropa limanlarına qəbulu, Rusiya üçün vacib olan ammonyak xəttinin zədələnmiş hissələrinin təmiri və daşınmasının bərpası, dondurulmuş aktivlərin, Rusiya gübrə şirkətlərinin Avropa banklarındakı hesablarının sərbəst buraxılmasıdır. Bu tələblərin hansı səviyyədə yerinə yetirilə biləcəyi görüşdə müzakirə oluna bilər.

Görüşdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr də müzakirə predmetidir. Soçi görüşündən saatlar əvvəl Rusiya Ukraynanın Odessa yaxınlığındakı ölkənin ən böyük taxıl ixrac limanlarından birinə SİHA ilə hücum edib. Bazar ertəsi səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Odessa vilayətində Dunayda yerləşən İzmail limanı yaxınlığında yaşayanlara sığınacaqlara getmələri barədə xəbərdarlıq edib. Hücumdan sonra Odessa qubernatoru Oleh Kipler 17 pilotsuz uçan aparatın vurulduğunu, lakin hücumda liman infrastrukturunun böyük miqyasda zədələndiyini açıqlayıb.

İki liderin gündəmindəki digər kritik mövzu Suriyadakı hadisələr olacaq. Ankara-Dəməşq xəttində normallaşma prosesi, qaçqınların geri qaytarılması üçün aparılan işlər, PKK/YPG ilə ərəb qəbilələri arasında qarşıdurmalar müzakirə olunacaq.

Soçi sammitindən əvvəl Hakan Fidan İranda olub. Bu görüşün ardınca keçirilən ikili zirvədə Türkiyə-Ermənistan-Rusiya münasibətləri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin olacağı gözləniləndir. Əlbəttə ki, Laçın yoluna alternativ yolun istifadəsi, Ermənistanın sərhəd bölgəsində son təxribatlarının masaya gətirilməsi gözlənilir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi