Qalib Liderlə qələbələrə doğru!

Azərbaycan daha bir tarixi qürur yaşadı. 7 fevral president seçkiləri həm yüksək xalq coşqusu, həm demokratik gedişatı və ən əsası nəticələri ilə yaxın tariximizdə möhtəşəm günə çevrildi. Azərbaycan xalqı yalnlz fikir və dünşüncə həmrəyliyi ilə deyil, həm də seçim qətiyyəti ilə dünyaya dövlətin gələcək taleyini Qalib Liderə etibar etdiyi mesajını verdi. Çağdaş dünyanın suyasi sistemində və çeçki tarixində görünməmiş bir nəticə ortaya qoyuldu. Seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi ideologiyasızlaşdırılan, lidersizlik və ümidsizlik pessimizmi yaşayan dövlətlər üçün bir Azərbaycan örnəyi idi. Bu isə heç şübhəsiz Prezident İlham Əliyevin şəxsiyyətinin gücü ilə bağlı idi. Prezident İlham Əliyev ali kürsüyə çıxan ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. Azərbaycan Prezidentinin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Bu gün Prezident İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi səciyyələndirilir. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır ki, 7 fevral seçkilərində bu faktı xalq öz möhrü ilə təsdiqlədi. Bu seçkilər xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanmasının Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsi olduğunu ortaya qoydu.

Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz liderlərinə sadiqliklərini nümayiş etdirdi. 7 fevral seçkilərində ifadə olunan xalq iradəsi Prezident İlham Əliyevlə bundan sonra da Azərbaycanın zirvədən-zirvəyə yüksələcəyi inamının təntənəsinə çevrildi. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir.. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamı kimi tarixə yazıldı! Bu seçki, həm də Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Zəfər seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi olaraq ölkəmizdəki monolit birlik və həmrəyliyin bütün dünyaya nümayiş etdirilməsi idi. Dünya bir daha Azərbaycan Qüdrətinə və Qələbəsinə şahid oldu. Dost sevindi, düşmən üzüldü. Hər zaman xalqımıza və dostlarımıza sevinc, düşmənə kədər yaşadan Qalib Liderlə irəli!

Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri