• COP29
  • 15 Aprel 11:56
  •  4 626

Elnur Soltanov: "Azərbaycan COP29 ilə bağlı yeni imkanlar yaradacaq"

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanlar yaradacaq.

Bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov sessiyanın baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada bu ilin noyabrında bütün dünyanın diqqəti Bakıda olacaq", - deyə o qeyd edib.