Azərbaycanlı jurnalist Qənirə Ataşova ermənilərin son iki gündə cəbhədə fəallaşmasını və mülki insanlarımızı qətlə yetirməsini sübut edən şəkilləri ABŞ Dövlət Departamentində nümayiş etdirib. Azərbaycanlı jurnalist Qənirə Ataşova ermənilərin son iki gündə cəbhədə fəallaşmasını və mülki insanlarımızı qətlə yetirməsini sübut edən şəkilləri ABŞ Dövlət Departamentində nümayiş etdirib.

Azərbaycanlı jurnalist ABŞ Dövlət Departamentində erməniləri ifşa etdi - Fotolar

Azərbaycanlı jurnalist Qənirə Ataşova ermənilərin son iki gündə cəbhədə fəallaşmasını və mülki insanlarımızı qətlə yetirməsini sübut edən şəkilləri ABŞ Dövlət Departamentində nümayiş etdirib.


Qənirə Ataşova bu addımı ABŞ Dövlət Departamentində keçirilən ənənəvi mətbuat konfransı zamanı atıb.

Bütün dünyanın canlı izlədiyi bu mətbuat konfransı həm də siyasi çəkisinə görə vacibdir. Belə ki, burada cavabla yanaşı, sual da çox önəm daşıyır. Yəni ABŞ rəsmilərinə verilən sualın ölkənin problemini əks etdirməsi vacibdir.

Qənirə Ataşova isə Amerikanın diqqətini məhz bu yolla Azərbaycan insanlarının yaşadığı problemə yönəltməyi bacarıb. Şəkilləri görən ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner jurnalistdən "bu şəkilllər ermənilərin hücumunu göstərir?"-, deyə soruşub.

Qənirə Ataşova isə cavabında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə aldığını bir daha vurğulayıb.

Modern.az