“Azərdəmiryol” QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozda yanğın baş verib. “Azərdəmiryol” QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozda yanğın baş verib.

Gəncə-Bakı istiqamətində yükdaşıyan elektrovozda - Yanğın baş verdi

“Azərdəmiryol” QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozda yanğın baş verib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında "Azərdəmiryol" QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb.

Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 8:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.