Ötən həftə Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyalarının Ümumi Yığıncaqları keçirilib. Ötən həftə Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyalarının Ümumi Yığıncaqları keçirilib.

Bələdiyyələrin Milli Assosiasiyasının ümumi yığıncağı keçirildi - Fotolar

Ötən həftə Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyalarının Ümumi Yığıncaqları keçirilib.


AzNews.az xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ümumi yığıncaqların işində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və Nəzarət-təftiş komissiyalarının hesabatları, 2016-cı il üçün büdcə, yerli büdcənin formalaşması və iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələləri müzakirə olunub.

Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiylar yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm davam etdiriblər.

Tədbirlərdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Regionalidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov öz çıxışında qeyd edib ki, bələdiyyələr ölkəmizin inkişafında əhəmiyyətli rol oynayır, onlar cəmiyyətdə özünəməxsus nüfuz qazanıb, əhalini narahat edən sosial əhəmiyyətli məsələlərinin həllini tapmağa, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə çalışıb: "Bu işdə Milli Assosiasiyaların böyük töhfəsi var.

Son 1 il ərzində Milli Assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, bu sahədə ortaya çıxan problemlərin həll edilməsi, ölkəmizdə yerli özünüidarəetmənin gücləndirilməsi və inkişaf etdirilməsi üçün bir çox işlər görülüb. Bələdiyyələrimiz işlərini elə qurmalıdır ki, həm büdcə gəlirləri öz tələblərini ödəyə bilsin, həm də vətəndaşlar arasında nüfuzu və hörməti artsın. Bələdiyyələrimiz irəliləyişin əldə olunması üçün vergi ödəyicilərinin dəqiq uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təmin etməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun".

Tədbirdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.