“Bəzi banklar istehlak kreditlərini bərpa edir. İstehlak kreditini yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olan şəxslər ala biləcək” “Bəzi banklar istehlak kreditlərini bərpa edir. İstehlak kreditini yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olan şəxslər ala biləcək”

Bu qədər maaş alanlara kredit verilməyəcək - Yeni qayda

“Bəzi banklar istehlak kreditlərini bərpa edir. İstehlak kreditini yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olan şəxslər ala biləcək”


AzNews.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlum verib. Onun sözlərinə görə, banklar krediti qeyri-leqal əmək haqqı əsasında deyil, rəsmi maaşlara görə verəcək: "Dövlət statistikasında olan ən son məlumata görə isə, maaş cədvəlinə qol çəkənlərin 77%-nin əmək haqqı 400 manatdan aşağı olub. Deməli, maaşla işləyən insanların ən yaxşı halda 23%-i kreditə iddia edə biləcəklər. Onların da bir hissəsinin-yüksək maaş və maaşdan əlavə nəhəng qeyri-maaş gəlirlərinə malik məmurların (həmçinin dövlət şirkətlərində çalışanların) istehlak kreditinə ehtiyac olmadığını da nəzərə alanda, bankların istehlak kreditləri üçün müştərilər ən yaxşı halda muzdla işləyənlərin 15-20%-i qədər insan olacaq".

R.Ağayev qeyd edib ki, Azəbaycanda 4.9 milyon nəfər əmək qabiliyyətli yaşında və işləmək imkanı olan iqtisadi fəal əhalinin cəmi 1.5 milyon nəfəri rəsmi çalışır: "Yəni leqal işçi qüvvəsidir. Bu isə o deməkdir ki, hazırda təklif edilən şərtlərlə Azərbaycanda hökumətin məşğul hesab etdiyi insanların 30%-i bank kreditlərinə iddia edə biləcək".

Bahar RÜSTƏMLİ
AzNews.az