Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşviq Abbasov vəfat edib. Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşviq Abbasov vəfat edib.

Partlayışda yaralanan azərbaycanlı məmur vəfat etdi

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşviq Abbasov vəfat edib.


Bu barədə AzNews.az-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, M.Abbasov bu gün Ankarada xəstəxanada vəfat edib.

Xatırladaq ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

Bahar RÜSTƏMLİ
AzNews.az