8 yaşlı uşaq ildə 1.3 milyon qazanır – Dünya heyrət içində


YouTube-da oyuncaqlarını tanıdan və dünyada bir çox məşhur ulduzların videolarından daha çox bəyənilən videoların sahibi 8 yaşlı uşaq ildə 1 milyondan daha artıq qazanır.

AzNews.az xəbər verir ki, atasına kömək etmək məqsədi ilə oyuncaq düzəldən Evan adlı uşaq oyuncaqlarını satdığı saytda çox bəyənilən videoların rekordunu qırıb. Evanın ailəsi videoların bir milyondan daha çox izlənildiyini və etdikləri reklam razılaşmalarından oğullarının sayəsində ildə 1.3 milyon dollar qazandıqlarını söyləyib.

Nərmin
AzNews.az