“Qarabağ” ciddi itki ilə üzləşib. “Qarabağ” ciddi itki ilə üzləşib.

“Qarabağ”da ciddi itki- 5 ay oynamayacaq

“Qarabağ” ciddi itki ilə üzləşib.



AzNews.az qol.az-a istinadən xəbər verir ki, dünən Avropa Liqasının qrup mərhələsinin "Sent-Etyen"lə oyununda zədə alan və matçı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan braziliyalı Cumbinyonun uzun müddətə sıradan çıxdığı müəyyənləşib.

Bu gün tibbi müayinədən keçən təcrübəli yarımmüdafiəçinin dizində qırıq aşkarlanıb. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, Cumbinyo beş aydan sonra yaşıl meydanlara qayıdacaq.

Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin bütün oyunlarını, eləcə də Azərbaycan çempionatının bir sıra vacib matçını buraxmalı olacaq.


AzNews.az