Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına facebook səhifəsindən cavab verib. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına facebook səhifəsindən cavab verib.

Saakaşvili facebook-da şəkil paylaşıb bunları yazdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına facebook səhifəsindən cavab verib.



Saakaşvili Ukraynanın istefaya göndərilmiş prezidenti Yanukoviçin evinin şəkillərini paylaşaraq yazıb ki, "kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukoviçin evinə baxsın".

Hazırda ABŞ-da olan Saakaşvili sözlərinə belə davam edib: "Mən ev tikdim – Gürcüstanı və onlar buna həbs qoydular".

Qeyd edək ki, Tiflis şəhər məhkəməsi Saakaşvili və onun bəzi ailə üzvlərinin evinə və maşınlarına həbs qoyub. O, məsrəfçilikdə ittiham olunur.

ANS PRESS