Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avtobus piyadanı vuraraq öldürdü - Bakıda

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.



Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb.

91 saylı xətt üzrə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu yolu keçən, şəxsiyyəti məlum olmayan naməlum kişini vurub. Piayada hadisə yerində dünyasını dəyişib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.