Bu günlərdə 12 saylı Ərazi Vergilər Departamentinin və 14 saylı Ərazi Vergilər İdarəsinin vergi borclarının alınması şöbəsinin əməkdaşları borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıblar. Bu günlərdə 12 saylı Ərazi Vergilər Departamentinin və 14 saylı Ərazi Vergilər İdarəsinin vergi borclarının alınması şöbəsinin əməkdaşları borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıblar.

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alındı

Bu günlərdə 12 saylı Ərazi Vergilər Departamentinin və 14 saylı Ərazi Vergilər İdarəsinin vergi borclarının alınması şöbəsinin əməkdaşları borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıblar.



Ümumilikdə 22 min 915 manat dəyərində əmlak siyahıya alınıb.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Vergilər Nazirliyi bildirib.
Xəbərdə deyilir ki, Göygöl rayonunun Quşqara kəndində yerləşən, fiziki şəxs Şərqiyyə Qocayevaya məxsus "Arzu" mebel mağazasının fəaliyyəti araşdırılarkən onun 4247 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bununla bağlı vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış borcun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 5000 manat dəyərində mebel və avadanlıq müvafiq qaydada siyahıya alınıb.

Gəncə şəhərinin Nizami küçəsində yerləşən, fiziki şəxs Şahin Məmmədova məxsus elektrik malları mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. 1044 manat vergi borcu müqabilində 540 manat məbləğində əmlak siyahıya alınıb.
Gəncə şəhərinin N. Nərimanov küçəsi, ev 420A-da yerləşən, fiziki şəxs Kamil Mahmudova məxsus ərzaq mağazasında da əmlakın siyahıya alınması zamanı vergi ödəyicisinin 1074 manat məbləğində borcunun təmin edilməsi məqsədilə obyektdəki 1100 manat dəyərində ərzaq məhsulları müvafiq qaydada siyahıya alınıb.


AzNews.az