Paytaxt küçələrində bu gün də dəhşətli tıxac müşahidə olunur. Şəhərin əsas giriş yollarında hərəkət demək olar ki, dayanıb. Paytaxt küçələrində bu gün də dəhşətli tıxac müşahidə olunur. Şəhərin əsas giriş yollarında hərəkət demək olar ki, dayanıb.

Hökumət Evi ətrafında gərginlik - tıxac

Paytaxt küçələrində bu gün də dəhşətli tıxac müşahidə olunur. Şəhərin əsas giriş yollarında hərəkət demək olar ki, dayanıb.

Bir neçə saatdır ki, tıxacda qalan AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, Bakı-Sumqayıt yolu və paytaxtın bir sıra əsas küçə və prospektlərində hərəkət iflic olub.

Bakıxanov, Nobel prospekti və Hökumət Evinin ətrafındakı yollarda da artıq bir neçə saatdır ki, hərəkət dayanıb. İşə tələsənlər mənzil başına vaxtında çata bilmədiklərindən sürücülər arasında gərgin anlar yaşanıb.


Əsas yollarda işıqforların düz işləməməsi və hərəkətin yol polisləri tərəfindən tənzimlənməməsi eləcə də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin tablolarının düzgün informasiya verməməsi avtomobillərin sıxlığı ilə nəticələnib.





Gültəkin Ələsgər
image description image description