“Hazırda Azərbaycanda 70 yaşına çatmış ahıl şəxslərin sayı 400 min nəfərə yaxındır”. “Hazırda Azərbaycanda 70 yaşına çatmış ahıl şəxslərin sayı 400 min nəfərə yaxındır”.

Azərbaycanda ahılların sayı açıqlandı

“Hazırda Azərbaycanda 70 yaşına çatmış ahıl şəxslərin sayı 400 min nəfərə yaxındır”.



AzNews.az xəbər verir ki, bu rəqəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı yaydığı məlumatda açıqlanıb.

Xəbərdə deyilir ki, hazırda 13 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir. Onların 11 minindən çoxu 70 yaşdan yuxarı olanlardır. Sosial xidmət müəssisələrində isə 200-dək ahıl tam dövlət təminatında yaşayır.

Qeyd edək ki, Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190 manatdır.