İordaniya İsrail mühacirlərinin humanitar yardım karvanlarına hücumlarını pisləyir

Beynəlxalq ictimaiyyət İsraildən tələb etməlidir ki, Beyt Hanun (Erez) və Kerem Şalom keçidləri vasitəsilə İordaniyadan Qəzza zolağına gedən yolda humanitar yardım karvanlarını qorusun.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin sözçüsü Süfyan Quda qeyd edib.

"Ekstremist yəhudi mühacirlər Qəzzanın zərər çəkmiş əhalisi üçün un, ərzaq və humanitar yardım daşıyan iki İordaniya karvanına hücum edib",-deyə sözçü vurğulayıb.

"İordaniya hökuməti işğalçı dövlət kimi İsrailin öz öhdəliklərini yerinə yetirmədiyini nümayiş etdirən bu basqınları qəti şəkildə pisləyir",-deyə Quda qeyd edib.

Mövsüm

Aznews.az