- Toplum
- 10:15
- 664
Ali məktəblərə qəbulun II mərhələsinin tarixi açıqlanıb
Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək.
Bu barədə Aznews.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.
Həmçinin coğrafiya fənni üzrə əlavə imtana iyunun 7-si keçiriləcək.
Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.