- Rusiya və İran
- 10:40
- 752
“The Sun”: “Müctəba Putinin prezident sarayında əməliyyat edilib”
ABŞ və İsrailin hava hücumlarında ağır yaralanan Xamenei gizlicə müalicə üçün Moskvaya aparılıb. Üstəlik, əməliyyatın şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən təklif olunduğu iddia edilib.
Bu barədə "The Sun" qəzeti məlumat yayıb.
“The Sun” qəzetinin Küveytdə yerləşən “Əl-Cəridə” qəzetindəki mənbələrə istinadən verdiyi məlumata görə, öldürülmüş keçmiş dini lider Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei çox məxfi bir əməliyyatla İrandan gizli şəkildə çıxarılıb.
Qəzet evakuasiyanın "ən yüksək səviyyədə məxfilik" şəraitində həyata keçirildiyini və İran liderinin Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparıldığını yazıb.
Hesabatda Xameneinin daha sonra Putinin prezident saraylarından birində yerləşən bir müəssisədə əməliyyat olunduğu və əməliyyatın "uğurlu" keçdiyi iddia edilir . Lakin onun xəsarətlərinin dərəcəsi ilə bağlı iddialar bir-birindən xeyli fərqlənir. "The Sun" qəzetinin məlumatına görə, bəzi mənbələr onun ayağının sınığı və üzündə kiçik kəsiklər aldığını, digərləri isə ayağını itirdiyini və ya komaya düşdüyünü iddia edirlər.
Mövsüm,
AzNews.az