- Rusiya və İran
- 10:18
- 742
İsrail mediası: Müctəba Xameneinin Rusiyaya aparıldığı iddia olunur
İranda davam edən müharibə artıq 16-cı gününü geridə qoyub.
37 il ölkənin dini lideri olmuş Əli Xameneinin öldüyü 28 fevral hücumlarında yaralandığı deyilən oğlu Müctəba Xameneinin səhhəti ilə bağlı müxtəlif iddialar səslənməkdə davam edir.
Rusiyaya aparıldığı iddiası
Fevralın 28-dən bəri ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamenei müharibənin 13-cü günündə yalnız dövlət televiziyası vasitəsilə qısa açıqlama yayımlamışdı. İndi isə onun müalicə üçün Rusiyaya aparıldığı iddia olunur.
İsrailin “i24NEWS” kanalının məlumatına görə, Xameneiyə yaxın yüksək vəzifəli şəxslərdən biri Küveyt mediasına açıqlamasında bu barədə danışıb.
Moskvada əməliyyat keçirildiyi bildirilir
Məlumata görə, Müctəba Xamenei cümə axşamı hərbi təyyarə ilə Moskvaya aparılıb və burada uğurlu əməliyyat keçirib.
Bundan əvvəl onun atasının ölümünə səbəb olan ilk hücumlar zamanı ayaqlarından yaralandığı bildirilirdi.
Qərarın Putin–Pezeşkian danışığından sonra verildiyi deyilir
Xəbərdə qeyd olunur ki, Müctəba Xameneinin Moskvaya aparılması qərarı Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra qəbul edilib.
Həmçinin iddia olunur ki, Müctəba Xameneinin ilk açıqlaması kimi yayımlanan mətn İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən hazırlanıb.
Mövsüm,
AzNews.az