Azərbaycanda tikilən yeni hündürmərtəbəli binalarda vətəndaşlara qarşı dələduzluqların edilməsilə bağlı məlumatalara tez-tez rast gəlirik. Azərbaycanda tikilən yeni hündürmərtəbəli binalarda vətəndaşlara qarşı dələduzluqların edilməsilə bağlı məlumatalara tez-tez rast gəlirik.

Ehtiyatlı olun: yeni binalarda ağlagəlməz fırıldaqlıqlar... - Araşdırma

Azərbaycanda tikilən yeni hündürmərtəbəli binalarda vətəndaşlara qarşı dələduzluqların edilməsilə bağlı məlumatalara tez-tez rast gəlirik.

Bu dələduzluqlar daha çox bir mənzilin bir neçə şəxsə satılması yolu ilə həyata keçirilir. Məsələ ilə bağlı saysız-hesabsız məhkəmə işləri və həbslər var. AzNews.az yeni tikilən binalarda başqa ağlagəlməz dələduzluqların üstünü açıb. Əgər, bir mənzilin bir neçə şəxsə satılması faktlarına müəyyən şirkətlərdə rast gəlinirdisə, qeyd edəcəyimiz dələduzluqlar bütün tikinti şirkətləri tərəfindən həyata keçirilir.


Söhbət mənzillərin sahəsində vətəndaşların aşıq-aşkar aldadılması, bununla da tikinti şirkətlərinin qeyri-qanuni yolla milyonlarla vəsait əldə etməsindən gedir.
Belə ki, araşdırma zamanı məlum olur ki, bütün "novostroykalarda" bütün mənzillərin müqavilədə göstərilən kv.metrlə real sənnə arasında kəskin fərq olur. Mənzilin sahibi bu fərqi görüb, şirkətə müraciət etdikdə isə şablon cavablar alır. Onlara bildirilir ki, mənzil yaşayış hissəsinə aid olmayan çöl hissədən ölçülərək hesablanır Məlum olur ki, hər mənzilin ölçüsündə sənəddə göstərilən sahədən 7, 8, 9, 10 kv.metr bəzi mənzillərdə isə daha çox əskiklik yaranır. Mənzillərin sahələri böyüdükcə fərqlər də böyüyür.

Belə olan halda şirkət ümumi yaşayış sahəsindən əskik olan hər kv.metrin qiymətini də müştərinin hesabına çıxarır. Bakıda ən ucuz mənzilin bir kv.metrinin 650 manat olduğunu nəzərə alsaq o zaman mənzilin sahəsindən asılı olaraq 10 kv.metrin müştəriyə nə az, nə çox 6500 manat ziyana başa gəlir.

Belə bir faktı tikinti şirkətlərinin özləri də təsdiqləyir. Əlaqə saxladığımız məşhur tikinti şirkəti AAAF yaşayış kompleksində satışa çıxarılan ən kiçik ölçülü mənzilin 45 kv.metr olduğunu öyrəndik. Şirkətin satış üzrə meneceri də sənəddə mənzilin ölçüsünün fasaddadan hesablandığını və bu səbəbdən də əsas yaşayış sahəsinin 5-7 kv. metr az olduğunu təsdiqlədi.

"Akkord" Şirkətlər Qrupundan da müştərilərə satılan mənzillərin sahəsinin sənəddə göstəriləndən az olduğunu təsdiqlədilər. Məsələn, şirkətin Abşeronda sənəddə 85 kv.metrlik 3 otaqlı mənzilinin əslində əsas yaşayış sahəsi 70 kv. metr, Xırdalanda satışa çıxardığı 2 otaqlı mənzilin sahəsi sənəddə 99 kv.metr göstərildiyi halda evin daxili ölçüsü 90 kv.metrdir. Beləcə, müşrəti əslində 70 kv.metr olan mənzilə 85 kv.metrin pulunu ödəyir. Kvadratmetri 750 manata satılan Yəni mənzilə daxil olmayan 15 kv.metr sahə alıcıya 11 250 manata başa gəlir.

"Fateli" tikinti şirkətinin satış meneceri Ramiz Əliyev də müştərilərdən belə şikayətlərin tez-tez gəldiyini söylədi. Onun sözlərinə görə, ümumiyyətlə son illər şirkətlərin hamısı müştəriyə fasaddan hesablanmış ölçüdə mənzillər təklif edir. Yəni mənzilə aid olmayan sütunlar, divarlar da mənzilin sənədində nəzərə alınır. Bir sözlə, şirkət divara, mənzilə aid olmayan hissələrə çəkdiyi xərci müştrərinin hesabına çıxarır.

NBA Consalting şirkətinin direktoru Nüsrət İbrahimov deyir ki, əslində mənzilin sənədində əsas yaşayış sahəsi göstərilməlidir. Ekspertin sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti çıxarışda və texniki pasportda hansı sahəni yazırsa o sahədən çıxış olunmalıdır. O cümlədən Mənzil Məcəlləsində də qeyd olunub ki, faydalı sahə satış predmeti olmalıdır:
"Lakin tikinti şirkətləri gəlirlərini artırmaq məqsədilə qiymətləri aşağı göstərməklə müştərini cəlb edirlər. Halbuki, divaraltı sahəni də mənzilin sahəsinə qatırlar. Belə olan halda kvadratmetr əskiklik hər mənzilin sahəsindən asılıdır. Əgər kiçik ölçülü mənzillərdə bu fərq 4-5 kv. metrdirsə, böyük ölçülü mənzillərdə 9-10 kv.metr olur. Beləcə, şirkətlər bir növ müştərini aldatmaq yolunu tuturlar. Bu şirkətlərin marketinq siyasətidir. Onlar bu yolla daha çox müştəri cəlb etmək istəyirlər".

N. İbrahimov deyir ki, tikinti şirkəti tərəfindən aldadıldığı halda müştərinin şirkəti məhkəməyə vermək haqqı var.

Belə hallarla tez- tez rastlaşdığını bildirən ekspert müştərinin məhkəməni udduğunu və tikinti şirkətinin yaşayış sahəsinə aid olmayan kv. metrə görə müştəridən aldığı məbləği geri qaytara bilib.





Gültəkin ƏLƏSGƏR
AzNews.az